Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Türkiyədə elmi ezamiyyətdə olacaq
16.10.2015 08:47
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Türkiyədə elmi ezamiyyətdə olacaq

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 18-23 oktyabr 2015-ci il tarixlərində Türkiyənin İzmir şəhərində elmi ezamiyyətdə olacaq.

Səfərin məqsədi Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu (Trust-Fund), Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrup və Kyu Botanika Bağları Birliyinin təşkilatçılığı ilə keçiriləcək Dünya Genbanklarının İllik Müşavirəsində və Mədəni Bitkilərin Yabanı Əcdadları üzrə Beynəlxalq Layihələr toplantısında məruzə ilə çıxış etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: