Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Massaçusets Texnologiya İnstitutu ilə birgə Geologiya İnstitutunda aparılan tədqiqat UNAVCO-nun rəsmi saytında öz əksini tapıb
10.12.2013 00:00
  • A-
  • A
  • A+

Massaçusets Texnologiya İnstitutu ilə birgə Geologiya İnstitutunda aparılan tədqiqat UNAVCO-nun rəsmi saytında öz əksini tapıb

UNAVCO-nun rəsmi saytında öz əksini tapıb

ABŞ-ın Milli Elm Fondu (NSF) və Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) tərəfindən maliyyələşdirilən UNAVCO (University Navstar Consortium) konsorsiumunun saytında (www.unavco.org) AMEA Geologiya İnstitutunda Massaçusets Texnologiya İnstitutu ilə aparılan kosmik geodeziya müşahidələrinin mühüm nəticələri ilə bağlı məlumat yerləşdirilib.

UNAVCO elmi tədqiqat institutları konsorsiumunun məqsədi yüksək dəqiqliyə malik texnologiyalar vasitəsilə deformasiyaları ölçmək və Yer haqqında elmlərin inkişafına dəstək verərək inkişaf etdirməkdir.

“Azərbaycanda seysmik təhlükələr” sərlövhəsi altında yazının müəllifi qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Linda Rovan məlumatda bildirir ki, Kür hövzəsi şərqində yerləşən Azərbaycanı şimaldan Qafqaz dağları əhatə edir. Tarixi, geoloji və seysmoloji məlumatlar, eləcə də baş vermiş güclü zəlzələlər bu ərazidə gələcəkdə seysmik risk olmasını inkar etmir. Müasir kosmik geodeziya ölçüləri Kür hövzəsi boyunca bir sıra qırılmaların kilidlənməsi nəticəsində yüksək gərginlik qiyməti olduğunu göstərir. Gərginliyin yüksək qiyməti Azərbaycanın paytaxtı Bakıya, eləcə də ətrafdakı neft kəmərlərinə böyük seysmik risk törədə bilər.

Qeyd edək ki, bu məlumat Natural Hazards jurnalında dərc edilən məqalə əsasında hazırlanıb (akademik Akif Alizadeh, Fakhraddin Kadirov, Michael Floyd, İbrahim Guliyev,Robert Reilinger,Sadi Kuleli, Robert Kİng, M. Nafi Toksöz “ Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan”, September 2012, Volume 63,İssue 2,pp 997-1006).

Ərəbistan və Avrasiya plitələrinin toqquşması Qafqaz dağlarının yaranmasına səbəb olaraq Xəzər dənizi yaxınlığında kolliziya zonası 3 əsas qırılmadan ibarətdir. Azərbaycan ərazisinin şərqində yerləşən 12 məntəqədə 1998-ci ildən aparılan GPS ölçüləri toqquşma sahəsi boyunca sıxılma prosesinin müşahidə edildiyini göstərir.

Kür hövzəsində Cənub-Şimal istqamətində yer səthinin hər il 15 mm sürətlə hərəkəti nəticəsində toplanan gərginlik Böyük Qafqaza paralel olan üstəgəlmə qırılmasının və Xəzər dənizinin qərb sahilində qırılmanın sağtərəfli hərəkətinə səbəb olur. Bu isə Bakı əhalisi və şəhər ətrafı enerji resurslarının infrastrukturu (neft quyuları, dəniz qurğuları, boru kəmərləri) üçün ciddi seysmik risk yaradır.

Sıx geodezik şəbəkənin yaradılması və gələcək tədqiqatlar zəlzələ riskinin və piltə sərhədlərinin mürəkkəb geoloji quruluşunu daha dəqiq təyin etməyə imkan verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: