Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.10.2015 17:13
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin iclasında AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test nümunələri müzakirə edildi

Yer Elmləri Bölməsinin iclasında AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test nümunələri müzakirə edildi

Oktyabrın 13-də AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verərək, iclasın AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test nümunələrinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

F.Qədirov AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının YEB-ə daxil olan institut və təşkilatlar tərəfindən icrası ilə bağlı məlumat verdi. Qeyd olundu ki, bu gün ölkənin təhsil sistemində geniş istifadə olunan test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

İclasda müxtəlif ixtisaslar üzrə bölmə institutları tərəfindən tərtib edilmiş test tapşırıqları müzakirə olundu.

Tədbirdə, həmçinin YEB-in  AMEA-nın 70 illiyinə həsr edilmiş bölmə institutlarının elmi şuraları  ilə birgə keçirəcəyi ümumi  yığıncağının proqramı, Şəki Regional Elmi Mərkəzinin doktoranturaya qəbul haqqında müraciəti, “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası (sorğu kitabı)”-nın nəşriyyata təqdim olunması və s. məsələlər ətrafında müzakirələr aparıldı.

Sonda Coğrafiya  İnstitutunun Paleocoğrafiya şöbəsinə müdir vəzifəsinə elan edilmiş müsabiqənin nəticəsinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: