Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2015 11:04
  • A-
  • A
  • A+

Botanika İnstitutunun maddi-texniki bazası gücləndirilir

Botanika İnstitutunun maddi-texniki bazası gücləndirilir

Son zamanlar AMEA-da böyük islahatlar həyata keçirilir, akademiyanın maddi-texniki bazasının gücləndirilməsinə, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsinə önəm verilir. AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir, tədqiqat işlərinin effektiv mexanizmlər üzərində qurulması təmin edilir. Bu tədbirlərin məntiqi nəticəsi kimi AMEA Botanika İnstitutunun  Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin maddi-texniki bazasının təchizatını inkişaf etdirmək məqsədilə BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində biomüdafiə və biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində institutda mühüm işlər həyata keçirilib. Belə ki, bu elmi müəssisədə qrant layihəsinin maliyyə dəstəyi ilə 2015-ci ildə molekulyar bioloji tədqiqatların aparılması üçün lazım olan ABŞ-ın QİAGEN Kompaniyasının QİAxcel Advanced İnstrument Kapilyar elektroforez aparatı, QIAxcel DNA Screening Kit, QX Nitrogen Cylinder,  DNT molekulunun miqdarını və DNT təmizlik dərəcəsini kiçik həcmlərdə təyin etmək üçün Epoch Microplate Spectrophotometer, spektrofotometr üçün 48 yuvalı Take3 Trio Micro-Volume Plate planşeti,  İmmunoferment analizləri həyata keçirmək üçün ELx50 Microplate Strip Washer avtomatik yuma sistemi alınıb.

Layihə çərçivəsində alınmış bu müasir avadanlıqlar virus və fitoplazma xəstəliklərinə yoluxmuş çoxlu sayda müxtəlif bitki nümunələrinin tez molekulyar diaqnostikasını və identifikasiyasını, PZR-məhsulların kapilyar elektroforezlə daha tez və dəqiq  analizini həyata keçirməyə imkan verir.  Eyni zamanda AMEA xətti ilə ilin bütün fəsillərində temperatur, rütubət və işıqlandırmanı tənzimləməklə bitki yetişdirməyə imkan verən xüsusi  bitki yetişdirmə kamerası (Growing-chamber) alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: