www.science.az
13.10.2015 09:34

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi münasibətilə açılış mərasimi olacaq

Oktyabrın 14-də saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi münasibətilə açılış mərasimi olacaq.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidentlər, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak edəcəklər.

Ünvan: Bakı şəhəri, "Akademiya şəhərciyi", H.Cavid pr.115, Mərkəzi Elmi Kitabxananın binası.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir