www.science.az
12.10.2015 14:56

Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu müasirlərimiz və gələcək nəsillər üçün əsl örnəkdir

Oktyabrın 12-də Şəki Heydər Əliyev Mərkəzində AMEA Şəki Regional Elmi Mərkəzi YAP Ərazi Təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə seminar keçirilib.

Əvvəlcə tədbir iştirakçıları dahi liderin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Seminarda "Heydər Əliyev irsini öyrənirik" tədris kursu çərçivəsində Yusif Rəhimovun "Heydər Əliyev və müasir Azərbaycan elmi", Reyhan Məcidovanın "Heydər Əliyev obrazı Azərbaycan poeziyasında" mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolundan geniş bəhs olunub, onun Azərbaycan elminin inkişafında tarixi xidmətlərindən danışılıb. Bildirilib ki, Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir