www.science.az
10.11.2013 00:00

AMEA Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Aleksandr Von Humboldt adına medala layiq görülüb

AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Bərpa olunan yanacaqlar laboratoriyasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru Təranə Məmmədova elmdə xüsusi xidmətlərinə görə Aleksandr Von Humboldt adına medal və müvafiq sertifikatla təltif olunub.

Fəxri mükafat və müvafiq diplom alimimizə Avropa Elmi Cəmiyyətinin Rəyasət Heyətinin qərarı əsasında “EURO-ECO-2013” VIII Beynəlxalq Simpoziumunda təqdim edilib.

Simpoziumun plenar iclasında T.Məmmədova AMEA NKPİ-də Azərbaycanda bərpa olunan xammal əsasında kiçik molekullu olefinlərin alınması, həmçinin ekoloji təhlükəsiz avtomobil yanacaqları və onlara əlavələrin alınması sahəsində görülən işlər haqqında məruzə ilə də çıxış edib.

Qeyd edək ki, Aleksandr Von Humboldt adına medal elmin inkişafına böyük töhfələr vermiş, elmi tədqiqat işlərinin və yeni ekoloji təfəkkürün təşkilində xidməti olan görkəmli şəxsiyyətlərə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.