Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Oktyabr ayının ortalarında planetlər paradını izləmək mümkün olacaq
08.10.2015 10:26
  • A-
  • A
  • A+

Oktyabr ayının ortalarında planetlər paradını izləmək mümkün olacaq

Bu ilin oktyabr ayında Yer sakinləri planetlər paradı adlandırılan kosmik hadisəni müşahidə edə biləcəklər.

Planetlərin kiçik paradı ən ecazkar astronomik hadisələrdən biri hesab olunur. Bu zaman bizim Günəş sistemimizin planetlərinin bir hissəsi kiçik sektorda Ayın bir tərəfində sıralanacaq. 

Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Sözügüdən hadisənin əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq. Parad 8 oktyabrda başlanacaq. Bu zaman Yer kürəsinin təbii peyki olan Ay səhər səmasında planetlər qrupuyla yaxınlaşacaq. Bu kosmik hadisə 20 oktyabrda Merkurinin "xətti" pozaraq səhər səmasından yox olmasıyla bitəcək.

Astronomların sözlərinə görə, planetlər paradını aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq.

www.naked-science.ru

  • Paylaş: