www.science.az
06.10.2015 08:39

İnsan baxışını izləyərək şəkil çəkən robot ixtira olunub

Sonuna fırça quraşdırılan avtomatlaşdırılmış manipulyator operatorun baxışı ilə idarə olunub, şəkil çəkmək imkanına malikdir.

Baxışın izlənməsi və emalı üçün nəzərdə tutulan avtomatlaşdırlmış kompleks və proqram təminatı doktor Aldo Feysalın başçılıq etdiyi London İmperiya kollecinin mühəndis komandası tərəfindən hazırlanıb. Robotun imkanlarını nümayiş etdirmək məqsədi ilə sadə bir şəkil çəkilib. İncəsənət əsərlərindən uzaq olsa da, bu şəkil adıçəkilən texnologiyanın olduqca böyük perspektivlərə sahib olması barədə məlumat verir.

Bu robotun istehsalı fiziki imkanları məhdud olan insanlar üçün köməkçi mexanizmlərin və maşınların yaradılması sahəsində ümidverici perspektivlərə malikdir. Məişət texnikasının klaviatura vasitəsi ilə komanda qəbul etməyi ilə yanaşı, istifadəçinin baxışına reaksiya verərək idarə olunması da bu sistemin tətbiqi nəticəsində əhəmiyyətli dərəcədə yüngülləşəcək.

Əldə edilmiş işləmələrdən istifadə nəticəsində ətraf mühitdə baş verən dəyişiklərə dərhal reaksiya verən süni intellekt sistemlərinin yaradılması mümkün olacaq. Məlumatların daxil edilməsi qurğularının idarəetmə zəncirindən çıxarılması komandaların ötürülməsini sürətləndirməklə yanaşı, onların təsadüfi və ya qəsdən təhrifinin də qarşısını alacaq.

www.techcult.ru