www.science.az
10.12.2013 00:00

AMEA Botanika İnstitutunun illik hesabatı keçirildi

AMEA Botanika İnstitutunun 2013-cü il üzrə elmi fəaliyyətinə həsr olunmuş illik hesabat yığıncağı keçirildi. İnstitut şöbələrinin illik hesabatı dinlənildi. Cari ilin elmi-tədqiqat işlərinin planına əsasən 2 prоblem üzrə 11 mövzunu əhatə edən 27 işin 73 mərhələsi işlənib hazırlanmışdır.

İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Validə Əlizadə çıxış edərik bildirdi ki, institut ölkəmizdə həyata keçirilən bir sıra vacib layihələrdə fəal iştirak etmiş, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etabarlı təminatına dair Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin həyata keçirilməsi üzrə hesabatları vaxtaşırı müvafiq təşkilatlara təqdim etmişdir.

İnstitutda birillik fəaliyyət dövründə 6 mühüm elmi nəticə əldə olunmuşdur. Həmçinin cari ildə 2 yubiley tədbiri (respublika miqyaslı) və 2 beynəlxalq konfrans – “Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013: Cəlal Əliyevin şərəfinə” və “Ətraf mühit dəyişməsi və Bitki müxtəlifliyinin qorunması” (Azərbaycan Republikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə) keçirilmişdir.

İnstitutda 9 fundamental elmi-tədqiqat işləri üzrə layihələr (8 – EİF, 1 – Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyilə) yerinə yetirilmiş, cari ildə 7 layihə uğurla başa çatdırılmışdır. EİF-in Mobillik qrantı üzrə institutun 4 mütəxəssisi beynəlxalq tədbirdə iştirak etmişdir. İnstitut gənclərinin 2 layihəsi EİF-in Gənc alim və mütəxəssislər müsabiqəsinin qalibi olmuşdur.

İnstitut əməkdaşılarının 180 elmi əsəri (4 kitab, 91 məqalə (36 xaricdə), 28 konfrans materialları (18 xaricdə), 52 tezis (26 xaricdə), 3 elmi-publisistik məqalə və 2 patent) nəşr olunmuşdur.

 Sonra hesabatla bağlı müzakirələr aparıldı. AMEA Mərdəkan Dendrarisinin direktoru, AMEA-nın müxbir üzvləri T.Məmmədovİ.Hüseynovaİ.Əzizov,X.Qasımov, əməkdar elm xadimi, k.e.d., prof. S.Sərkərov, b.e.d. M.Qasımov, b.e.d. E.Novruzov və başqaları çıxış edərək hesabatı müsbət qiymətləndirdilər, institutun fəaliyyəti ilə bağlı müxtəlif rəy və təkliflərini səsləndirdilər.

Sonda 2013-cü ildə institutda nəşr olunmuş kitab və məqalələrdən ibarət sərgi nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.