Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Yunanıstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər
02.10.2015 13:29
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Yunanıstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Yunanıstanın Qrit adasında yerləşən Kolumbari şəhərində “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda Beynəlxalq konfrans keçirilib. Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyət və Qrit Ortodox Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransın proqramı fotosintez tədqiqatlarının molekulyar səviyyədən qlobal problemlərədək bütün istiqamətlərini əhatə edib.

Tədbirdə fotosintez prosesinin müxtəlif aspektlərini əhatə edən  11 seksiya üzrə çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb. Beynəlxalq konfransda akademik Cəlal Əliyev  və onun  tələbələri, akademik İradə Hüseynova, biologiya üzrə elmlər doktorları Yaşar Feyziyev, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar MəmmədovTofiq Allahverdiyevin birgə elmi məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: