www.science.az
02.10.2015 09:42

Ölkələr arasında inteqrasiya proseslərinin ölçülməsinə həsr olunmuş məqalə Çinin nüfuzlu jurnalında dərc olunub

Qloballaşan dünyada ölkələr arasında inteqrasiya proseslərinin ölçülməsinə həsr olunmuş məqalə Çinin “International Journal of Intelligent Systems and Applications” jurnalında dərc olunub.

Beynəlxalq əlaqələr əsasında ölkələrin inteqrasiya dərəcəsinin ölçülmə metodu” (“The Method of Measuring the Integration Degree of Countries on the Basis of International Relations”) adlı məqalənin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və institutun şöbə müdiri Gülnarə Nəbibəyovadır.

Məqalədə inteqrasiya anlayışı, ölkələrin inteqrasiyası, ölkələrin əsas inteqrasiya xüsusiyyətləri və göstəriciləri araşdırılıb. Ölkələr arasında əlaqələrin və imzalanmış müqavilələrin sayı ölkələrin inteqrasiya dərəcəsinin müəyyən edilməsi üçün əsas göstəricilər kimi təklif olunub. Çəki əmsallarının hesablanması əsasında ölkələrin inteqrasiya dərəcəsinin ölçülmə metodu təklif olunub. Bu baxımdan qraf nəzəriyyəsindən istifadə edərək müvafiq alt sistemin informasiya modeli təsvir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir