www.science.az
01.10.2015 10:44

Əyani hava proqnozu artıq sizin evinizdə

Yapon şirkəti olan “Tempescope” hava şəraitini əyani olaraq göstərmək bacarığına malik qeyri-adi meteostansiyanın layihəsinin tamamlandığı haqqında məlumat yayıb.

Meteostansiya funksiyasını yerinə yetirən sözügedən yüksəktexnologiyalı qacet smartfondakı  proqram vasitəsiylə  hava haqqında məlumatı əldə edir və onu displeydə deyil, canlı olaraq xüsusi şəffaf bölmədə əks etdirir.

Hava şəraitindən asılı olaraq “Tempescope” yağış, buludlar və hətta ildırım işığını da göstərmək bacarığına malikdir.

Hazırda yaponiyalılar meteostansiyanın seriyalı istehsalı üçün vəsait toplamaq məqsədi ilə Kraudfandinq kampaniyasını işə salmaq niyyətindədirlər. “Tempescope"-nin satışı 200 dollardan başlayan qiymətlə planlaşdırılır.

www.popmech.ru