www.science.az
23.09.2015 16:25

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib

Tanınmış bioloq alim, Əməkdar elm xadimi, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan helmintologiya elminin inkişafındakı xidmətləri və anadan olmasının 50 illiyi  münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 23 sentyabr 2015-ci il tarixli iclasında qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir