Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Hüseyn Cavidin Ev Muzeyində olub
23.09.2015 13:05
  • A-
  • A
  • A+

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Hüseyn Cavidin Ev Muzeyində olub

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (AZİZ) idarə heyətinin üzvü və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yana Salman AMEA Hüseyn Cavidin Ev Muzeyində olub.

Y.Salmana dahi şair və dramaturq Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsi haqqında ətraflı məlumat verilib.

İsrailli qonaq Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən materiallara xüsusi maraq göstərib. Eyni zamanda, 100 illik yubileyi ilə əlaqədar ədibin rus dilində “Şeyx Sənan”, “Knyaz”, “Şeyda”, “Səyavuş”, “Xəyyam” və “İblis” əsərlərinin çap edildiyi iki cildlik kitablarını Hüseyn Cavid yaradıcılığının təbliği istiqamətində əhəmiyyətli nəşr kimi dəyərləndirib.

Böyük şair və dramaturqun dərin fəlsəfi məzmunlu dram əsərlərinin rus dilində yenidən nəşrə hazırlanması barədə də qonağa məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: