Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Qazaxıstanda elmi ezamiyyətdə olub
23.09.2015 15:48
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Qazaxıstanda elmi ezamiyyətdə olub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilən “Ədəbiyyat nəzəriyyəsi: İnkişaf mərhə­lə­lə­ri və problemlər” adlı layihənin rəhbəri, AMEA Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd sözügedən layihə ilə bağlı Qazaxıstanın paytaxtı Astana şəhərində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində Beynəlxalq Türk Akademiyasında layihənin təqdimatı keçirilib. Mərasimdə T.Məmməd  layihə barədə ətraflı məlumat verib, mütəxəssislərlə birgə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanlı alim, həmçinin Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Milli Elmi Kitabxanasında mövzu ilə bağlı tədqiqatlar aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: