www.science.az
23.09.2015 10:22

Azərbaycanlı alimlərin xarici həmkarları ilə birgə əməkdaşlıq əlaqələri genişləndirilir

AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi ilə Fransanın İNRA-Bordo Mərkəzi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

14-19 sentyabr tarixlərində mərkəzin tədqiqatçı direktoru, prof. Xavier Foissak Azərbaycanda səfərdə olub. Səfərin məqsədi layihələrin müzakirəsi, birgə monitorinqlərdə iştirak və gələcək planları müəyyənləşdirmək olub.

Qonaq şöbənin əməkdaşları ilə birgə  Qəbələ rayonunda fitopatoloji monitorinqlərdə iştirak edib. Monitorinqlərdə bitkilərin virus və fitoplazma xəstəlikləri ilə yoluxma dərəcələri virtual qiymətləndirilib və gələcək analizlər üçün bitki nümunələri toplanılıb.

Qeyd edək ki, X.Foissak Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən reallaşan iki beynəlxalq layihənin iştirakçısıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir