Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Vaqif Fərzəliyev Rusiyada elmi ezamiyyətdə olacaq
23.09.2015 09:59
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev Rusiyada elmi ezamiyyətdə olacaq

AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev sentyabrın 27-də Rusiya Federasiyasına səfər edəcək.

Oktyabr ayının 2-dək davam edəcək səfərin məqsədi Rusiyanın Novosibirsk şəhərində keçiriləcək “Kimyəvi reaktivlər, reagentlər və aztonnajlı kimya prosesləri “Reaktiv-2015” adlı XXIX elmi-texniki konfransda iştirak etməkdir.

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Novosibirsk Üzvi Kimya İnstitutu bazasında keçiriləcək tədbirdə V.Fərzəliyev məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: