Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.09.2015 08:04
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzində Milli Musiqi Günü qeyd olunub

AMEA Şəki Regional Elmi Mərkəzində Milli Musiqi Günü qeyd olunub

AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130-cu ildönümü və 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ŞREM-in direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü bildirib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü hər il Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün sadəcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır.

Mərasimdə dahi bəstəkarın həyat və yaradıcılığından, zəngin irsindən, Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verən Üzeyir Hacıbəylinin 130 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Şəkidə də silsilə tədbirlərlə qeyd olunur.

Sonra ŞREM-in əməkdaşlarının "Milli musiqi gününün qeyd olunması tarixi", “Azərbaycanın musiqi tarixi”,  “Şəkinin Milli musiqimizə töhfəsi” “Müslüm Maqomayev” mövzusunda məruzələri dinlənilib.  

Tədbirin sonunda Üzeyir Hacıbəyliyə həsr olunmuş video-çarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: