www.science.az
24.12.2013 00:00

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçiriləcək

Dekabrın 25-də saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçiriləcək.

Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı, r.e.d. İlham Əliyev “Abstrakt Hilbert fəzasında xətti operatorun məxsusi və qoşulmuş elementlərinin tamlığı” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə sonsuz ölçülü Hilbert fəzasında xətti operatorun məxsusi ədədinin varlığı, bir sinif xətti operatorlar üçün uyğun məxsusi və qoşulmuş elementlərin fəzada sıxlığı, həmçinin məxsusi və qoşulmuş elementlərə nəzərən Abel mənada cəmlənmə məsələləri ilə bağlı əldə olunmuş nəticələr müzakirə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.