Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür
15.09.2015 08:12
  • A-
  • A
  • A+

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür

Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

AR Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində ölkəmizdə 150 mindən çox uşaq birinci sinfə gedəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: