Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2015 03:28
  • A-
  • A
  • A+

Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Brüsseldə səfərdə olub

Beynəlxalq əlaqələr idarəsinin rəis müavini  Brüsseldə səfərdə olub

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva sentyabrın 2-də Regional və Beynəlxalq Elmi-texniki Araşdırmalar və Yardım Mərkəzi (CeRISS) tərəfindən təşkil edilmiş FP7 IncoNet Şərq Tərəfdaşlığı layihəsinin Belçika Krallığının Brüssel şəhərində keçirilmiş 2-ci Baş Assambleyasının iclasında iştirak edib.

İclasda 2013-cü ildən icrasına başlamış layihə çərçivəsində əldə olunan nəticələr müzakirə edilib, layihənin üçüncü və son il üçün nəzərdə tutulan fəaliyyət planı təqdim edilib.

Tədbirdə Regional və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru və “Horizon-2020” 7-ci Çərçivə Proqram layihəsinin elmi koordinatoru Dr. Corc Bonas, Avropa Komissiyası Tədqiqat və İnnovasiya Müdirliyinin Beynəlxalq Əməkdaşlıq üzrə məsul şəxsi Tieri Devar və digər ekspertlər iştirak ediblər.

Səfər çərçivəsində Z.Əliyeva, həmçinin sentyabrın 3-də "Horizon-2020" Çərçivə Proqramı üzrə IncoNet Şərq Tərəfdaşlığı layihəsinin təşkilatçılığı ilə “Avropa İttifaqı-ŞərqTərəfdaşlığı STI əməkdaşlığın indiki vəziyyəti və gələcək perspektivləri" mövzusunda keçirilmiş seminarda da iştirak edib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin əsas maraqlı tərəflərinin (nazirliklər, maliyyə qurumları, və s.), eləcə də Avropa Komissiyası, Aİ Üzv Dövlətləri, Assosiativ ölkələrdən olan həmkarların iştirakı təsdiqlənib. Bu, ŞT üçün prioritetlərin baş planı, xüsusilə də indiyədək STI əməkdaşlığı çərçivəsində görülən işlərin, yaxın gələcəkdə enerji, iqlim dəyişikliyi və səhiyyə kimi üç sosial problemin, həmçinin digər ortaq məsələlərin (İKT, innovasiya, və s.) geniş müzakirəsinə və IncoNet Şərq Tərəfdaşlığı və ya digər müvafiq tədbirlər vasitəsilə həllinə geniş təkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: