www.science.az
07.09.2015 09:37

Azərbaycanlı alim beynəlxalq tədbirdə çıxış edəcək

UNESCO-nun Kəhrizlər və Hidravlik Qurğular üzrə Beynəlxalq dövlətlərarası idarə həyətinin üzvü, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzofəsini icra edən, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev İran İslam Respublikasının Yəzd şəhərində Beynəlxalq Su Assosiasiyası ilə birlikdə təşkil edilən seminara dəvət alıb.

Noyabrın 8-dən 10-dək keçiriləcək seminarda professor Ə.Quliyev “Azərbaycan kəhrizləri, bərpası və onlardan səmərəli istifadə” mövzusunda məruzə ilə çıxış edəcək.

Beynəlxalq tədbirdə İran Kənd Təsərrüfatı Nazirliyinin, həmçinin UNESCO-ya üzv ölkələrin müvafiq təşkilatlarının nümayəndələri iştirak edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir