Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Tarix İnstitutunun illik hesabatı dinlənilib
05.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Tarix İnstitutunun illik hesabatı dinlənilib

AMEA Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şuranın iclasında bu elmi müəssisənin şöbələrinin illik hesabatı dinlənilib.

Elmi Şurada AMEA Rəyasət Heyəti adından akademik Teymur Bünyadov iştirak edib.

Hesabat məruzəsi ilə çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki, institutda ermənilərin əsassız ideyalarına layiqli cavab vermək məqsədi ilə fundamental araşdırmalar aparılmışdır. Bildirilib ki, 2013-ci ildə “Azərbaycan tarixinin ümumi konsepsiyası” əsas elmi istiqaməti üzrə elmi-tədqiqat işləri aparılmışdır. Almaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Gürcüstan və digər ölkələrdən gətirilən çoxlu sayda arxiv sənədlərindən ibarət toplular, fundamental elmi əsərlər çap olunmuş, onların müxtəlif xarici dillərə tərcüməsi həyata keçirilmişdir.

Sonra Tarix İnstitutunun şöbə müdirlərinin hesabatları dinlənilib.

Qeyd edilib ki, 2013-cü ildə “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusu, “Heydər Əliyev” (2 cildlik) monoqrafiyası, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (ukrayna dilində), “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi” kitabları, “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı”, (Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, “Azərbaycan-Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəlləri)”, “Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri”, “Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları”, “Verner fon Simens. Qafqaz səyahətləri”, “Qədim fars kitabələri (transliterasiya, tərcümə, qlossari)”, “XVIII əsrin II yarısı – XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri”, “Azərbaycan-Gürcüstan münasibətləri (XVIII əsrin sonlarından bu günədək)”, “Azərbaycana qarşı Sumqayıt təxribatı: Qriqoryanın işi”, “Vedibasar qətliamları 1918-1988”, “Göynük hərəkatı”, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər” monoqrafiyaları, “Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918-ci il) I cild. Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi Siyasi Arxivininn sənədləri”, “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər) I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi və Gürcüstan Mərkəzi Ən Yeni Tarixi Arxivinin sənədləri”, “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri” sənədlər toplusu çapdan çıxmışdır. Bu il ərzində institut tərəfindən bir çox elmi konfrans, seminarlar keçirilmiş, institut alimləri xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər. İnstitutda kadr hazırlığı da davam etdirilmiş, 17 nəfər elmi işlərini müdafiəsini başa çatdırmışdır. 49 nəfər doktorant təhsil almaqdadır.

Sonra Elmi Şurada Almaniyadan yenicə qayıtmış nümayəndə heyətinin hesabatı dinlənilib. Nümayəndə heyətinin rəhbəri, professor Səadət Zeynalova çıxış edərək Almaniyanın dövlət arxivlərindən gətirilən sənədlər, dəyərli mənbələr, ümumilikdə görülən işlər barədə ətraflı məlumat verib.

Elmi Şurada 2013-cü ildə institutda nəşr olunmuş kitablardan ibarət sərgi də nümayiş etdirildi.

Sonda akademik Teymur Bünyadov çıxış edərək Tarix İnstitutunun 2013-cü ildə fəaliyyəti ilə bağlı müxtəlif rəy və təkliflərini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: