AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev 31 avqust tarixindən İsveçrənin Cenevrə və Nyon şəhərlərində elmi ezamiyyətdədir.
5 sentyabr tarixinədək davam edəcək səfərdə məqsəd İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət Özəl sektor Əməkdaşlığı üzrə Komitənin 9-cu sessiyasında və Dayanıqlı İnkişaf üçün İqtisadi Potensialın Aşkarlanması adlı konfransda, eləcə də Nyon şəhərində SCOPE Layihəsinin “Agroscope” üzrə təsis yığıncağında iştirak etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir