Azərbaycanlı riyaziyyatçı alim, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Arif Səlimov Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) ən nüfuzlu mükafatlarından biri sayılan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülüb. Alim bu mukafatla aktual mövzuları əhatə edən elmi tədqiqatlarına görə təltif olunub.
Qeyd edək ki, A.Səlimov sozügedən mükafata layiq görülən ilk azərbaycanlı alimdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir