192 ölkədən 1 400 000-dən çox rəsmi qeydiyyatdan keçmiş abunəçi alimi olan ResearchGate elm şəbəkəsi tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının direktoru v.i.e., AMEA-nın müxbir üzvü Namiq Cəlilova təbrik məktubu ünvanlanıb.
Məktubda N.Cəlilovun elmi işlərinə dünya alimləri tərəfindən olan müraciət və istinadların sayının rekord həddi aşaraq 3000-ni keçdiyi bildirilir.
N.Cəlilovun elmi publikasiyaları ResearchGate tərəfindən RG Score = 28.22 bal ilə qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir