www.science.az
25.08.2015 07:32

"Asteroid ovunun" yeni texnikası Yer kürəsi üçün yaranan təhlükələrin qarşısını almağa kömək edəcək

ABŞ-dan olan tədqiqatçılar asteroidlərlə müqayisədə 10 dəfə daha qeyri-şəffaf olan kosmik daşları aşkar etmək qabiliyyətinə malik yeni asteroidlərin axtarışı metodunu işləyib hazırlayıblar.

Yer kürəsinə təhlükə törədən asteroidlərin axtarışları zamanı alimlər əsasən iki problemlə qarşılaşırlar. İlk növbədə, bu, müşahidələr üçün ayrılan zamandır. İkincisi, optik cihazların imkanları - asteroidlər çox xırda olduqları üçün onları teleskopla görmək çətin olur. Buna görə də, asteroidin hərəkətinin sonrakı trayektoriyasını qabaqcadan xəbər vermək asan deyil.

Aren Hayns-ın başçılıq etdiyi bir qrup alim yeni tədqiqatlarında bildirirlər ki, kosmik daşın trayektoriyalarının hesablanması problemi müəlliflər tərəfindən təklif edilmiş alqoritmdən istifadə etməklə adi stolüstü kompüterin köməyi ilə həll edilmiş ola bilər.

Tədqiqatçılar tərəfindən təklif edilən yanaşmanın fərqləndirici xüsusiyyəti qısa ekspozisiyayla gecə səmasının şəkillərinin seriyasının rəqəmsal emalının unikal texnikasında öz əksini tapıb.

Bu rəqəmsal emal texnikası asteroidin təsvirlərini müxtəlif şəkillər vasitəsiylə vahid nöqtəyə birləşdirməyə imkan verir və bu zaman kombinasiya edilmiş təsvirdə ulduzlar zolaq kimi görünür.

www.astronews.ru