www.science.az
22.09.2015 10:58

Sentyabrın 28-də Yer sakinlərini növbəti Ay tutulması gözləyir

Bu il sentyabrın 28-də Yer sakinləri növbəti Ay tutulmasını müşahidə edəcəklər. Baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur. Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır.

Qeyd edək ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək. Həmin gün Ay səmada tam görünməklə yanaşı, Yer kürəsinə bir qədər də yaxınlaşacaq və nəticədə onun üzərinə planetimizin kölgəsi düşəcək. Bu zaman Günəş şüaları Yerin atmosferını keçərək göy və bənövşəyi rəngləri aradan götürəcək və bu zaman Ay bütünlüklə qırmızı rəngə boyanacaq. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edəcək. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edəcək.

Tutulma bu il sentyabr 28-də Qrinviç vaxtı ilə 1:07-də başlanacaq, 4:27-də isə başa çatacaqdır. Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə ediləcək.

www.astro101.ru