www.science.az
09.12.2013 00:00

Karbohidrogen yataqlarında neftverimin artırılması üçün yeni üsullar hazırlanır

AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən böyük dərinliklərdə yerləşən karbohidrogen yataqlarında neftverimin artırılması üçün yeni üsullar hazırlanır. Tədqiqatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihəsi çərçivəsində aparılır.

Layihənin rəhbəri, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev bildirir ki, tədqiqatçılar yataqlarda süzülmə və sıxışdırma prosesində əmələ gələn problemləri öyrənir, o cümlədən yüksək temperatur və təzyiqlərdə gil şişmələri, onların uyğun deformasiyası, mayelərdə özlülüklərdə və xüsusi çəkilərdə fərq, tektonik pozulmalar və s. amilləri təhlil edirlər. Məqsəd neftçıxarmanın tənzimlənməsi və intensivləşdirilməsi üçün effektiv metodlar işləyib hazırlamaq, qiymətləndirmək və riyazi modelləşdirməkdir.

Qeyd edək ki, ikiillik layihəyə 90 min manat ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.