www.science.az
10.08.2015 10:43

Mənzərəli meteor yağışı bu həftə gecə səmasını işıqlandıracaq

Astronomların sozlərinə görə, bu il Perseida meteor axını gecə səmasını bəzəyəcək.

Bu səma şousu avqustun 12-dən 13-nə keçən gecə öz pik noqtəsinə çatacaq. Kosmik hadisə səmada bir saat ərzində təxminən 100 sayda “düşən ulduz” kimi təzahür edəcək və Yer kürəsinin bütün guşələrindən aydın müşahidə ediləcək.

Ekspertlər bildiriblər, meteorların işıqlanmasını müşahidə etməyə Ayın işığı mane olmayacaq. Çünki gecə səmasının şəhzadəsi bu zaman təzə aya – yəni öz "tünd" fazasına yaxınlaşacaq. Bu meteor axınının müşahidəsi üçün heç bir optik cihaz lazım olmayacaq.

www.astronews.ru