Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan alimləri Moskvada keçiriləcək konfransda çıxış edəcəklər
10.08.2015 09:04
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Moskvada keçiriləcək konfransda çıxış edəcəklər

Avqustun 17-dən 21-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Coğrafiya Konqresinin regional konfransı keçiriləcək.

Beynəlxalq tədbirdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və bu elm müəssisəsinin direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Xəzər dənizi sahili landşaftların transformasıyası və landşaft planlaşdırılması təcrübəsi”, “Antropogen təsirlər nəticəsində arid landşaftların deqradasiyası” mövzularında məruzələrlə çıxış edəcəklər.

Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Yaponiya, Çin, Böyük Britaniya və dünyanın digər ölkələrindən olan alimlərin qatılacaqları konfransda geniş müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: