www.science.az
07.08.2015 10:38

Avtomobilləri pivə tərkibli qazla doldurmaq mümkün olacaq

Yeni Zelandiyanın bir sıra küçələrində artıq avtomobillər təkrar pivə tullantılarından hazırlanan yeni bioyanacaqla hərəkət edir. Pivə istehsalatı ilə məşğul olan şirkətin verdiyi məlumata görə, fermentasiya zamanı duru məhlul olan tullantılar yaranır. Məhz onun sayəsində şirkət bioyanacağın əsas tərkib hissəsi olan etanol maddəsi istehsal edir. Alimlərin səyi nəticəsində etanol distillə olunaraq neftlə reaksiyaya girə bilənə qədər saflaşdırılır və nəticədə Bretrolum bioyanacağı alınır.

Pivədən etanolun alınması ilk hadisə deyil. Belə ki, 1996-cı ildə Molson Kors pivə əsaslı bioyanacaq sərgiləyib. Molsonun təklif etdiyi bioyanacaqla müqayisədə şirkət tərəfindən hazırlanan Bretrolum daha keyfiyyətlidir və geniş avtomobil sahəsinə tətbiq edilə bilər. Bir çox avtomobillər mühərrikdə çətinliklər yaratdığına görə tərkibi yüksək faizli etanoldan ibarət benzinlə hərəkət edə bilmir.

Bu  yolla şirkət nəinki pivə istehsalatındakı tullantılardan azad olmaq, eləcə də avtomobillər üçün təmiz yanacaq istehsal etməklə ekologiyanı zəhərli qazlarla çirklənməkdən qorumaq niyyətindədir.

www.news.discovery.com