Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da “Kitabi-Dədə Qorqud”a həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
30.07.2015 15:14
  • A-
  • A
  • A+

AMEA-da “Kitabi-Dədə Qorqud”a həsr olunmuş beynəlxalq simpozium keçiriləcək

Noyabrın 2-3-də AMEA-nın Ədəbiyyat Folklor institutlarının birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “Epos və etnos” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Simpoziumda “Kitabi-Dədə Qorqud”la səsləşən Azərbaycan mif və əfsanələri”, “Kitabi-Dədə Qorqud” və ümumtürk tarixi”, “Kitabi-Dədə Qorqud” və qədim türk dilləri”, “Kitabi-Dədə Qorqud” və türk sənəti”, “Kitabi-Dədə Qorqud”un türk dastanlarına təsiri”, “Kitabi-Dədə Qorqud” dastanlarındakı şeirlərin qədim türk musiqisi ilə bağlılığı” və digər mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Məruzələr oktyabrın 10-dək təqdim olunmalıdır.

Simpozium barədə ətraflı məlumatı www.folklorinstitutu.com  saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: