www.science.az
24.07.2015 10:59

NASA Yer kürəsinə bənzər yeni planet kəşf edib

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Günəş sistemində Yer kürəsinə oxşar yeni bir planetin kəşfi ilə bağlı bəyanatla çıxış edib. Bu yeniliyi agentliyə 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğunu araşdıran “Keppler” səma teleskopu ötürüb.

Bu barədə məlumat verən NASA alimləri hələ ki, kəşfə dair heç bir dəlil göstərməyiblər. İstənilən halda, ekspertlər Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər. Qeyd olunub ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.

Alimlər Yer kürəsindən 500 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış sputnik vasitəsilə çatmağı planlaşdırırlar. Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.

www.nasa.gov