Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.07.2015 11:35
  • A-
  • A
  • A+

Milli mətbuatımızın 140 illiyi Kürdəmirdə qeyd olunub

Milli mətbuatımızın 140 illiyi Kürdəmirdə qeyd olunub

İyulun 22-də Kürdəmir rayon İcra Hakimiyyəti və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 140 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib.

Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola qısa nəzər salıb. Qeyd olunub ki, milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli-bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Tədbirdə, həmçinin muzeyin Aran regional şöbəsinin elmi işçisi Tofiq Abdullayevin “Mətbuatımıza dövlət qayğısı mövzusunda, həmin şöbənin Aran ədəbi dərnəyinin üzvü, şair Abduləzəz Hüseynovun “Mətbuatımız və mili -mənəvi dəyərlərimiz” mövzusunda məruzələri dinlənilib.

Sonda çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əskərli mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: