Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.07.2015 09:26
  • A-
  • A
  • A+

AMEA-nın İnformasiya Texnologiyaları və İqtisadiyyat institutları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın İnformasiya Texnologiyaları və İqtisadiyyat institutları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov və bir qrup nümayəndə heyəti ilə görüş keçirilib. Məqsəd institutun fəaliyyəti ilə tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Öncə qonaqlar institutun AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı, Elmi Tədqiqatlar Mərkəzi və Elektron Kitabxana Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, həmçinin İnternet-kafenin fəaliyyəti və müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış olublar.

Sonra qonaqlar və institut əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi-texniki sahənin innovativ inkişafına, elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının prioritet məsələlərdən olduğunu dilə gətirib. İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söz açıb. İnstitutun informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunmuş dövlət proqramlarında fəal iştirak etdiyini diqqətə çatdırıb.

Sonda İnformasiya Texnologiyaları İnstitutu və İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb. Birgə layihələrdə iştirak və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: