www.science.az
21.07.2015 08:51

AMEA prezidenti, akademik Akif Əlizadəyə Ramazan bayramı münasibəti ilə təbrik məktubu

Çox hörmətli Akif Əlizadə!

Sizi müqəddəs Ramazan ayının başa çatması və müsəlmanların əsas bayramlarından biri olan İd-al-Fitr bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ramazan bizim mənəviyyatımızı möhkəmləndirir, xeyriyyə və qarşılıqlı yardım hissimizi inkişaf etdirir, bizə verilən nemətlərin qiymətini bilməyi və səbr etməyi öyrədir.

Mən Sizə və Sizin yaxınlarınıza firavan həyat, uğur və möhkəm can sağlığı arzulayıram.

Qoy Həqq-təala bütün müsəlmanlar üçün dünyada sülh və xoşbəxt gələcək naminə etdiyimiz dualarımızı qəbul etsin.

Fürsətdən istifadə edərək Tatarıstan Respublikası Elmlər Akademiyasının Azərbaycan Milli Elmlər Akademiyasına olan dərin hörmət və səmimi ehtiramını ifadə edirik.

Məkzüm Salahov, Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti