Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şəkərli diabet və erektil disfunksiya” kitabı çapdan çıxıb
13.07.2015 10:38
  • A-
  • A
  • A+

“Şəkərli diabet və erektil disfunksiya” kitabı çapdan çıxıb

Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, Əməkdar elm xadimi, professor Rafiq Məmmədhəsənov, ATU-nun Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev və Şəki Mərkəzi rayon xəstəxanasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Tofiq Mehdiyevin “Şəkərli diabet və erektil disfunksiya” kitabı çapdan çıxıb.

7 fəsildən ibarət olan kitabda şəkərli diabetin və erektil disfunksiyanın öyrənilməsi, təsnifatı, kişilərdə şəkərli diabet fonunda əmələ gələn erektil disfunksiyanın tibbi-sosial aspektləri, cinsiyyət üzvünün anatomiyası və ereksiyanın mexanizminə dair müasir təsəvvürlər yer alır.

Yeni nəşrdə, həmçinin şəkərli diabetli xəstələrdə erektil disfunksiyanın diaqnostikası, etiologiyası, patogenezi və təhlükəli amillər, şəkərli diabetli xəstələrdə erektil disfunksiyanın müasir müalicəsi və profilaktikası barədə məlumatlar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: