Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın İctimai Elmlər Bölməsi və İqtisadiyyat İnstitutu Elmi Şurasının birgə iclası keçirilib
13.07.2015 09:03
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsi və İqtisadiyyat İnstitutu Elmi Şurasının birgə iclası keçirilib

İyulun 10-da AMEA-nın İctimai Elmlər Bölməsiİqtisadiyyat İnstitutu elmi şurasının birgə iclası keçirilib.

İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov "İqtisadiyyatın solluğu (sağlığı) indeksi: ideya, ölçmə metodologiyası, nəticələr və tətbiq imkanları" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi iqtisadiyyatın solluğu (sağlığı) indeksinin əsas mahiyyətini izah edərək iqtisadi siyasətlə bağlı əsasən iki məfkurənin - dövlətin iqtisadiyyata fəal müdaxilə edərək onu tənzimləməsi və dövlətin iqtisadiyyata mümkün qədər az müdaxilə etməsilə azad bazarın özünütənzimləmə mexamizmlərinə üstünlük verməsinin mövcud olduğunu vurğulayıb.

Eyni zamanda, sub-indekslərin hər birinin mahiyyəti və hesablanması metodologiyası ilə bağlı geniş şərh verilib.

Mövzu ətrafında müzakirələr aparılıb.

AMEA-nın müxbir üzvü Nərgiz Axundova qeyd edib ki, İctimai Elmlər Bölməsi institutlarla birgə elmi müzakirələrin keçirilməsində maraqlıdır. İqtisadiyyat İnstitutunun müxtəlif layihələri var. Onlardan biri də iqtisadiyyatın solluğu (sağlığı) indeksi ilə bağlı layihədir. Bu layihə daha geniş müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim olunacaq.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə mövzu ilə bağlı fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: