Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Andrologiya” dərsliyi nəşr olunub
06.07.2015 10:53
  • A-
  • A
  • A+

“Andrologiya” dərsliyi nəşr olunub

T.e.d İlham Əhmədov və  Azərbaycan Uroloqlar Assosiasiyasının (AUA) sədri, Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının (ARTA) fəxri sədri, Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev tərəfindən yazılmış Azərbaycan dilində ilk “Andrologiya” dərsliyi nəşr olunub.

Kitab andrologiya sahəsində Azərbaycan dilində nəşr olunan ilk dərslikdir. Kitabda kişi sonsuzluğu, kişi və qadın cinsi patologiyaları, onların səbəbləri, patogenezi, Avropa protokollarına uyğun müasir diaqnostika və müalicəsi ətraflı izah olunub.

Yeni nəşr ATU-nun tələbələri, bu sahə ilə məşğul olan və maraqlanan həkimlər, həkim-rezidentlər və elm adamları üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: