www.science.az
04.12.2013 00:00

AMEA Zoologiya İnstitutunun gənc alimi Çexiyada ezamiyyətdə olub

AMEA Zoologiya İnstitutunun gənc alimi, Protistologiya laboratoriyasının doktorantı Türkan Qurbanova Çexiya Respublikası Elmlər Akademiyasında təcrübə keçib. O, 25 günlük ezamiyyət müddətində ÇREA-nın Parazitologiya İnstitutunun Parazitlərin Molekulyar Filogenesiyası və Təkamülü laboratoriyasında tətbiq olunan yeni metodlara yiyələnib.

Ezamiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Birhüceyrəli ibtidai parazitlər olan koksidilərin növ tərkibinin müasir molekulyar metodlarla (DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası) təyin edilməsinin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, müasir molekulyar metodlara aid olan DNT amplifikasiyası, PZR və DNT sekvinasiyası Azərbaycanda protistologiya sahəsində ilk dəfə tətbiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.