www.science.az
30.06.2015 08:28

Akademik İsa Həbibbəyli Qazaxıstanda Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis sessiyasında iştirak edib

İyunun 29-da Beynəlxalq Türk Akademiyası Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis sessiyasını keçirib.

İttifaqın sessiyasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Abdıqanı Erkebayev, Türkiyə Milli Elmlər Akademiyasının prezidenti Acar Ahmet Jevat, Tatarıstan Elmlər Akademiyasının prezidenti Məkzüm Salahov və başqaları iştirak ediblər.

Təsis sessiyasında Türk Dünyası Elmlər Akademiyaları İttifaqının yaradılması haqqında sənəd, habelə onun fəaliyyətini müəyyənləşdirən Əsasnamə imzalanıb. Bundan başqa, türkdilli dövlətlərin vahid təhsil məkanının yaradılması, onların elmlər akademiyaları arasında sıx əlaqələrin qaydaya salınması məsələləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir