AMEA Genetik Ehtiyatlar İnstitutunun Subtropik bitkilər və üzüm laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev İtaliyanın Bolonya şəhərində “Alma bitkisinin Qlobal Mühafizə Strategiyası” mövzusunda beynəlxalq toplantıda ölkəmizi təmsil edib.
Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun təşkilatçılığı, bir sıra digər beynəlxalq qurumların iştirakı ilə keçirilən tədbirdə M.Musayev respublikamızda mövcud tumlu (əsasən alma) və digər meyvə bitkilərinin yabanı nümunələri və xalq seleksiya sortlarının biomüxtəlifliyi barədə məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir