www.science.az
25.06.2015 08:54

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsini icra edən təyin olunub

AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsini icra edən təyin olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 24 iyun 2015-ci il tarixli iclasında qəbul edilib.

Digər qərarla isə Şamaxı Astrofizika Rəsədxanasının direktoru AMEA-nın müxbir üzvü Əyyub Quliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.