Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Nazim Məmmədov Polşaya səfər edəcək
22.06.2015 10:05
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Nazim Məmmədov Polşaya səfər edəcək

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov iyunun 29-da Polşa Respublikasına səfər edəcək.

8 gün davam edəcək səfərin məqsədi Polşa Respublikasının Kazimeje Dolna şəhərində M.Küri Skladovskaya adına Universitetin Fizika İnstitutunda keçiriləcək fotosintez vaxtı molekulyar səviyyədə enerjinin ötürülməsində elmi tədqiqatların nəticələrinin müzakirəsində və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun səlahiyyətli nümayəndəsi kimi İşçi Qrupunun işində iştirak etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: