Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.06.2015 10:14
  • A-
  • A
  • A+

Cəfər Cabbarlı Komissiyası yaradılıb

Cəfər Cabbarlı Komissiyası yaradılıb

İyun ayının 18-də Azərbaycan Yazıçılar Biriyinin (AYB) toplantısı keçirilib. 

AYB-nin sədri, Xalq yazıçısı Anarın iştirakıyla keçirilən toplantıda Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komisiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb. AYB-nin sədri tərəfindən bu qərarla bağlı əmr imzalanıb.

Əmrdə deyilir: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilimizin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlıının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məqsədilə Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komissiyası yaradılsın.

Komissiyanın tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru

Gülşən Əliyeva–Kəngərli – ADMİU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Süleyman Kaan Yalşın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor

Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü

ayb.az

  • Paylaş: