www.science.az
16.06.2015 06:20

AMEA Coğrafiya İnstitutunun əməkdaşı Orenburq şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, Ənvər Əliyev Rusiya Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Orenburq şəhərində “Şimali Avrasiyanın çölləri” mövzusunda keçirilmiş Beynəlxalq konfransda iştirak edib.

Beş gün davam edən konfransa Almaniya, Danimarka, Macarıstan, Serbiya, Azərbaycan, Ukrayna, eləcə də Rusiyanın 46 vilayətindən elmi nümayəndələr qatılıblar.

Ə.Əliyev konfransın “Çöllərin ekocoğrafi-tədqiqatları” bölməsində “Samur-Dəvəçi ovalığının ekocoğrafi problemləri və onların optimallaşdırılması yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Konfrans iştirakçıları, həmçinin Ağbulak və Sol-İletski rayonlarında ekskursiyada olmuş, vilayət ərazisində yaşayan xalqların o cümlədən türk xalqlarının yaradıcılıq folkloru ilə yanaşı, tarixi etnoqrafik ənənələri (geyim, məişət əşyaları və kulinariya nümunələri) ilə də yaxından tanış olmuşlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.