Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Təcrübə-Sənaye Zavodunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
12.06.2015 09:32
  • A-
  • A
  • A+

Təcrübə-Sənaye Zavodunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Təcrübə-Sənaye Zavodunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan zavodun direktoru Vasif Abbasov müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində dahi rəhbər, ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan V.Abbasov 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.

Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən zavod direktoru bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib, son illərdə respublikamızda qazanılan böyük nailiyyətlərdən danışıb.

Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 Sonda zavod əməkdaşları çıxış edərək ümummilli lider Heydər Əliyevin misilsiz xilaskarlıq rolundan danışıb, ulu öndərin Azərbaycanın dinamik inkişafa nail olunması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: