Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib
10.06.2015 08:13
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı AMEA Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəşr edilib. Atlas institutun Dil tarixi və dialektologiya şöbəsinin "Dialektoloji atlas" qrupunun birgə əməyinin bəhrəsidir.

“Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer alıb. Atlasda həm də ilk dəfə olaraq mp3 formatında canlı səs yazıları verilib. Burada informasiyanı verən şəxslərin canlı danışıqları da var və onları dinləmək də mümkündür.

Atlasda Azərbaycanın və Naxçıvanın xəritəsi də verilib. Atlasın tərtibçiləri Z.Xasiyev, K.İmamquliyeva, K.Quliyeva, Q.Qəmbərova və M.Məmmədlidir. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın sonunda infarmatorların şəkli də öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: